Müğənni Mənzurə Musayeva ailə qurmağa hazırlaşır.
AvroMedia.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya danışan sənətçi ona evlilik təklifinin həmkarından gəldiyini deyib.
“Müğənnidir, təklif etdi ki, ki, gəl ailə quraq. Mən də yox demədim, fikirləşirəm. Düzü, bir az tərəddüd edirəm, alınar-alınmaz, yaxşı olar, yoxsa pis... Qarşıda hələ iki ay var, Məhərrəmlik bitsin, sonra görüşüb qərar verəcəyik, hələ tezdir. Deyir “toy edək”, deyirəm nə toy? Bu mənlik deyil. Toy bir dəfə olar. Əgər evlilik alınsa, yığıncaq olacaq”, -deyə M.Musayeva bildirib.
Qeyd edək ki, Mənzurə Musayeva 19 yaşında ailə qurub, onların 7 il övladları olmayıb. Sənətçi açıqlamalarında məhz bu səbəbdən boşandığını qeyd edib. 


Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu