Baku TV-nin “Qapqara” verilişinin budəfəki qonağı Əməkdar artist Teymur Əmrah olub.
AvroMedia.az xəbər verir ki, verilişdə o, televiziya və musiqi sahəsində gördüyü problemlərdən söz açıb:
“Mənə musiqimizin səviyyəsini yaxşılaşdırmaq üçün səlahiyyət versəydilər, Azərbaycanda fəaliyyət göstərən 4 kanalı bağlayardım. Çünki toyxanadan gəlib Xalq artisti olanları özəl kanalların bədii şuralarına rəhbər təyin etdikdən sonra səviyyə aşağı düşüb. Əvvəllər müğənniləri efirə buraxmağın kriteriyaları var idi. Şair, bəstəkar, aktyor və musiqişünaslar ifaçının peşəkarlığına, geyiminə diqqət edər, yalnız uyğun namizədlər ekrana çıxardı”.Teymur Əmrah proqramda, həmçinin bəzi həmkarlarını qınayıb:
“Arzum hamının yaxşı insan olmasıdır. Əgər birinə yaxşılıq edirsənsə, onu demək olmaz. Amma elə sənətçilər var ki, bunu dilləndirirlər. Onlara yazıq, bədbəxt kimi baxıram. Həmin şəxslərin sənətləri ilə şəxsiyyətləri eyni səviyyədədir. Çünki insan kimi formalaşmış biri heç vaxt etdiyi yaxşılıqdan danışmaz”.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu