Bu gün İsveçrənin Bazel şəhərində 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.
AvroMedia.az xəbər verir ki, ölkəmizi yarışda "Mamagama" qrupu təmsil edir. Qrup "U ilə qaç" (Run with U) adlı mahnı ilə səhnəyə çıxacaq və 10-cu nömrə altında çıxış edəcək.
Mahnının sözləri Asəf Mişiyevə, musiqisi isə Asəf Mişiyev, Həsən Heydər və Roman Zilianevə aiddir.
İlk yarımfinalda Azərbaycanla yanaşı, Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç, Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Niderland, Norveç və San-Marino təmsilçiləri də mübarizə aparacaqlar.
Yarımfinalın nəticələrinə əsasən, finala yüksələcək 10 iştirakçı müəyyənləşəcək və onlar mükafat uğrunda yarışa davam edəcəklər.
Müsabiqə yerli vaxtla saat 23:00-da İctimai Televiziyada birbaşa yayımlanacaq.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 15-də, böyük final isə mayın 17-də baş tutacaq.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu