“Ən bərbad məsələ bilirsiniz nədir? Kişi aparıcıları efirdə qadın müğənnidən “Sevgilin var” sualı vermələri. Mən buna baxıb utanıram. Suala bax! Birinin də ixtiyarı yoxdur durub desin ki, sənə nə?”
AvroMedia.az olay-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Lalə Məmmədova “Çərçivədən kənar” verilişində deyib.
O, bir sıra həmkarlarının efirə kəbin kağızı ilə çıxmalarını sərt şəkildə qınayıb:
“Özləri bilər kimdən dünyaya uşaq gətirirlər, nə cür gətirirlər. Allahın verdiyi paydır. Amma bunu efirdə danışmağın əleyhinəyəm. Niyə axı bu səviyyəyə gətirib çıxarırsınız?! Sonrada sosial şəbəkədə video paylaşıb deyirlər ki, mən şəxsi həyatımla bağlı artıq danışmaq istəmirəm
Kəbin kağızlarını göstərib deyirlər ki, övladımı halal yolla dünyaya gətirmişəm. Sən heç kimə şəxsi həyatınla bağlı hesabat verməyə məcbur deyilsən. Əlindəki kağızın da heç bir hüquqi əhəmiyyəti yoxdur”.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı