Erkən qarpızların əsas təhlükəsi nitratlarla deyil, saxlanma və gigiyena qaydalarına əməl olunmaması ilə bağlıdır.
AvroMedia.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, erkən yetişən qarpızların bir sıra özünəməxsus xüsusiyyətləri var. Adətən bu meyvələr tam yetişməmiş halda yığılır və daşınma zamanı yetişməyə davam edir. Bu isə onların dad və keyfiyyətinə təsir göstərir. Belə qarpızlar avqust-sentyabr aylarında təbii şəraitdə yetişən qarpızlarla müqayisədə daha az şirin, daha sıx və az dənəli olur.
Ekspertlər qeyd ediblər ki, istehlakçıların tez-tez ehtiyat etdiyi nitratlar əslində bitkilərin böyüməsi üçün lazım olan mineral gübrələrdir. Meyvə yetişdikcə onların miqdarı azalır və qalıqlar əsasən qabıq hissəsində toplanır.
Bununla belə, daha ciddi təhlükə bakterial çirklənmədir. Qarpızın yuyulmamış səthinin torpaq, toz və digər çirklərlə təması nəticəsində bakteriyalar meyvəyə keçə bilər. Xüsusilə avtomobil yollarının kənarında, qeyri-qanuni satış nöqtələrində satılan qarpızlar daha riskli hesab olunur. Belə yerlərdə meyvələr avtomobil qazlarının tərkibindəki ağır metalları da mənimsəyə bilər.
Mütəxəssislər riskləri azaltmaq üçün qarpızın yalnız rəsmi satış məntəqələrindən alınmasını tövsiyə edirlər. Həmçinin zədələnmiş, çatlamış və ya əvvəlcədən kəsilmiş qarpızları almaq məsləhət görülmür. İstifadədən əvvəl qarpız ilıq su və fırça ilə yaxşıca yuyulmalıdır. Kəsilmiş qarpız isə yalnız soyuducuda saxlanmalı və qısa müddət ərzində istehlak edilməlidir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu