Ürək sağlamlığı və yaxşı yuxu üçün vacib olan maqnezium ən çox çiy toxumlarda, xüsusilə, balqabaq və günəbaxan tumlarında olur.
AvroMedia.Az xəbər verir ki, aif.ru-ya bu barədə rusiyalı nutrisoloq Olqa Yablokova bildirib.
AvroMedia.Az xəbər verir ki, aif.ru-ya bu barədə rusiyalı nutrisoloq Olqa Yablokova bildirib.
Mütəxəssis qeyd edib ki, bu toxumlar təkcə maqneziumla deyil, həm də sink, E vitamini və faydalı yağlarla zəngindir.
Onun sözlərinə görə, tumlar qovrulduqda maqneziumun təxminən 30 faizi itir, yağlar oksidləşir və faydalılığını azaldır. Eyni zamanda vitaminlər və antioksidantlar da parçalanır, yüksək temperatur nəticəsində isə akrilamid kimi zərərli maddələr yarana bilər.
Mütəxəssis vurğulayıb ki, çiy tumlar bu mənfi xüsusiyyətlərdən azaddır və daha faydalı hesab olunur. Onların gündəlik 20-30 qram miqdarında, yeməklərə əlavə edilərək və ya yağsız şəkildə yüngül qurudularaq qəbul edilməsi tövsiyə olunur.
Eyni zamanda qeyd olunub ki, tumlar mədə-bağırsaq və öd kisəsi xəstəlikləri olan insanlar üçün uyğun olmaya bilər, çünki kəskinləşməyə səbəb ola bilər.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu