Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb.
AvroMedia.Az milli.az-a istinadən məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorlarına mənfi təsir göstərmir.
AvroMedia.Az milli.az-a istinadən məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorlarına mənfi təsir göstərmir.
Araşdırmada qeyd olunub ki, qırmızı ət uzun illərdir ürək xəstəlikləri və 2-ci tip diabet kimi kardiometabolik problemlərlə əlaqələndirilsə də, sağlam qidalanma çərçivəsində qəbul edilən mal əti ürək sağlamlığını dəstəkləyə bilər.
İndiana Universiteti Bloomington İctimai Sağlamlıq Məktəbinin qonaq müəllimi Kevin Maki bildirib ki, aparılan tədqiqatın nəticələri mal ətinin qan şəkərinin tənzimlənməsinə və iltihab göstəricilərinə mənfi təsir etmədiyini göstərib.
Qeyd edək ki, ABŞ-də 160 milyondan çox insan kardiometabolik xəstəliklərdən əziyyət çəkir. Onların 36 milyondan çoxunda isə 2-ci tip diabet var.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu