Yeməkdən dərhal sonra mixək çeynəmək orqanizmdə bir çox müsbət bioloji proseslərin başlamasına səbəb olur. Təbii vasitələrlə bağlı aparılan araşdırmalar göstərir ki, bu vərdiş həm həzm sistemini tənzimləyir, həm də ağız boşluğunun sağlamlığını qoruyur.
AvroMedia.Az xəbər verir ki, quru mixək qönçəsinin çeynənilməsi zamanı ifraz olunan fermentlər mədənin işini yüngülləşdirir. Xüsusilə ağır və yağlı yeməklərdən sonra yaranan şişkinlik, qaz və ağırlıq hissi mixəyin tərkibindəki efir yağları sayəsində qısa müddətdə aradan qalxır.

Təhlillərə görə, bu bitkinin tərkibindəki evgenol maddəsi güclü antiseptik təsirə malikdir. O, ağız boşluğundakı zərərli bakteriyaları məhv edərək xoşagəlməz qoxuları kəsir və diş əti iltihabının qarşısını alır.
Eyni zamanda, yeməkdən dərhal sonra mixək çeynəmək qanda şəkərin səviyyəsinin qəfil yüksəlməsinin də qarşısını alır.
Ekspertlər bildirir ki, müsbət nəticə üçün hər yeməkdən sonra cəmi 1 ədəd mixək qönçəsini 2-3 dəqiqə çeynəmək kifayətdir. Artıq istehsal isə mədə selikli qişasına qıcıqlandırıcı təsir göstərə bilər.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu