Ağrıkəsici dərmanların nəzarətsiz şəkildə istifadəsi sağlamlıq üçün gizli təhdid yaradır.
AvroMedia.az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Tatyana Qolovçanskaya "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.
Həkim qeyd edib ki, qeyri-steroid iltihabəleyhinə dərmanlarla uzunmüddətli özünümüalicə mədə xorası kimi ciddi xəstəliklərə gətirib çıxara bilər. Bu hal miqren, diş ağrısı və ya xroniki ağrılar üçün müntəzəm olaraq ağrıkəsici (əsasən ibuprofen) qəbul edən insanlarda müşahidə olunur.
"İlk baxışdan burada narahatedici bir şey yoxdur: bir həb qəbul edirsiniz və ağrı keçir. Lakin tədricən dərman qəbulu vərdişə çevrilə bilər və insan müntəzəm olaraq özünü ağrıkəsicilərlə "dəstəkləməyə" başlayır", - deyə Tatyana Qolovçanskaya bildirib.
Zamanla orqanizm bu yüklənməyə reaksiya verir və nəticələr mədə xorasından tutmuş, mədə-bağırsaq qanaxmalarına qədər ağırlaşa bilər. Problem dərmanın özündə deyil, ondan düzgün istifadə edilməməsindədir.
"Hər bir dərmanın göstəriş və əks göstərişləri ilə yanaşı, ciddi dozalanma rejimi də var ki, buna riayət etmək vacibdir. Həmçinin yadda saxlamaq lazımdır ki, ibuprofen və parasetamol geniş yayılmış yanlış inancın əksinə olaraq, o qədər də zərərsiz deyil", - deyə qastroenteroloq vurğulayıb.
Onun sözlərinə görə, nəzarətsiz qəbul edildikdə bu dərmanlar qaraciyərə toksik təsir göstərə bilər. Buna görə də ağrıkəsicilərin qəbuluna məsuliyyətlə yanaşmaq, qəbul edilən dərmanın növünə, dozasına və tezliyinə diqqət yetirmək lazımdır.Oxu.az

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu