Rusiyalı həkim-diyetoloq İrina Pisaryova gündəlik qəbul edilə bilən şokolad normasını açıqlayıb.
AvroMedia.Az "Lenta.ru"ya istinadla xəbər verir ki, onun sözlərinə görə, bu miqdar 20-30 qram, yəni bir plitka şokoladın təxminən üçdə biri qədərdir.
Mütəxəssis bildirib ki, əgər insan aktiv şəkildə idmanla məşğul olur və çox enerji sərf edirsə, bu halda gündəlik normanı 50 qrama qədər artırmaq olar.
Bundan əlavə, həkim tərkibində ən azı 70 faiz kakao olan tünd şokolada üstünlük verilməsini tövsiyə edib. O qeyd edib ki, belə şokoladda ürək-damar sisteminə və orqanizmin antioksidant müdafiəsinə müsbət təsir göstərən flavonoidlər daha çox olur.
Diyetoloqun sözlərinə görə, tünd şokolad həmçinin stressin azalmasına kömək edir və beyin fəaliyyətinə müsbət təsir göstərir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu