AvroMedia.Az kp.ru saytına istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim Mariya Çerdak danışıb.
O bildirib ki, həmin vacib maddələrin siyahısında B12 və D vitaminləri, eləcə də fol turşusu yer alır.
"B12 vitamini xüsusən sinir liflərinin bərpa prosesində mühüm rol oynayır. Əgər bu vitaminin qıtlığı yaranarsa, sinir sistemi hər bir səviyyədə zərər görür, həm beyin, həm də periferik sinirlər zədələnməyə məruz qalır", - deyə mütəxəssis vurğulayıb.
Mütəxəssis sağlam sinir toxumasının mühafizəsi və immun sisteminin normal fəaliyyəti üçün dəmirin də böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, B12 vitamini ilə yanaşı, dəmirin də orqanizm tərəfindən ən rahat mənimsənilən mənbəyi kimi əti göstərib.
Mariya Çerdak qan analizlərinin nəticələrinə uyğun olaraq orqanizmdəki vitamin qıtlığını aradan qaldırmağı tövsiyə edib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu