Biotibbi araşdırmalar göstərir ki, hər yağın orqanizmə təsiri fərqlidir. Tərkibindəki doymamış yağ turşuları və antioksidantlar baxımından zəngin olan yağlar siyahıda liderlik edir.
AvroMedia.Az xəbər verir ki, siyahının zirvəsində birmənalı olaraq zeytun yağı qərarlaşıb.
Təkli doymamış yağ turşuları ilə ən zəngin mənbədir.
Pis xolesterolu (LDL) aşağı salır, damar tıxanıqlığının qarşısını alır və bədəndəki iltihabla mübarizə aparır.
Zeytun yağından sonra ən faydalı seçimlərdən biri avokado yağıdır. Yüksək E vitamini tərkibi ilə həm dəri sağlamlığını dəstəkləyir, həm də yüksək temperatura davamlı olduğu üçün bişirmə zamanı quruluşunu qoruyur.Mütəxəssislər müəyyən funksiyalar üçün aşağıdakı yağları da tövsiyə edirlər:
Qoz yağı: Omega-3 və Omega-6 balansı sayəsində beyin funksiyalarını gücləndirir və xolesterolu tənzimləyir.
Kətan toxumu yağı: Bitki mənşəli Omega-3-ün ən güclü mənbəyidir. Lakin istiyə dözümsüz olduğu üçün yalnız çiy (salatlarda) istifadə edilməlidir.
Kokos yağı: Maddələr mübadiləsini sürətləndirir və sürətli enerji verir. Lakin tərkibində doymuş yağ olduğu üçün miqdarına diqqət edilməlidir.
Küncüt yağı: E vitamini və antioksidantlarla zəngindir, qan təzyiqinin balanslaşdırılmasına kömək edir.
Mütəxəssislər xəbərdarlıq edir ki, yağın sağlamlıq dərəcəsi yalnız onun növündən deyil, həm də turşuluq dərəcəsindən və istiyə davamlılığından asılıdır. Məsələn, bəzi yağlar çiy halda şəfa verərkən, yüksək odda qızdırıldıqda toksik maddələrə çevrilə bilər.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu