Aroniya meyvəsi yüksək polifenol tərkibi ilə damar sərtliyinin qarşısını alır, təzyiqi balanslaşdırır və immunitet sistemini hüceyrə səviyyəsində yeniləyir.
AvroMedia.Az xəbər verir ki, aroniya meyvəsi bədəndəki oksidativ stresi azaltmaq, qan damarlarının elastikliyini artırmaq və damar sərtləşməsinin (ateroskleroz) qarşısını alır.
Mütəxəssislər meyvənin tərkibindəki təbii birləşmələrin qan təzyiqini düşürməyə və lipid (piy) balansını təmin etməyə kömək etdiyini bildirirlər.
Müntəzəm aroniya istehlakının, xüsusilə fəsil dəyişiklikləri zamanı immunitet sistemini hüceyrə səviyyəsində dəstəklədiyi ifadə edilir. Mikrosirkulyasiyanı (qan dövranını) yaxşılaşdıraraq beyin funksiyalarını dəstəkləyən bu meyvə eyni zamanda qlükoza səviyyəsini sabitləşdirir və gündəlik enerji balansına töhfə verir.
Möcüzəvi aroniya şirəsinin hazırlanması
Lazım olanlar:
2 kq aroniya meyvəsi
1 kq şəkər tozu
1 litr su
1 ədəd limonun suyu
Hazırlanması:
Şəkərlə birlikdə gözlədilən meyvələrə su və limon suyu əlavə edilərək 20-30 dəqiqə qaynadılır.
Qarışıq meyvələrin özünü tamamilə buraxması üçün bir neçə saat dincəldildikdən sonra süzülür. Süzülən maye təkrar qaynama nöqtəsinə gətirilərək sterilizə edilmiş şüşə bankalara doldurulur və 15 dəqiqə ərzində pasterizə edilir.
Elmi araşdırmalar yuxu keyfiyyətini artırmaqda məşq növünün əhəmiyyətinə də toxunur. Yüksək intensivlikli yoga məşqlərinin, yuxu rejimini yaxşılaşdırmaqda yerimək kimi standart fəaliyyətlərdən daha təsirli nəticələr verdiyi müəyyən edilib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu