Dərman istifadə etmədən əhəmiyyətli dərəcədə arıqlamağı bacaran insanlar bu prosesdə onlara kömək edən, çoxlarının diqqət etmədiyi üsulları bölüşüblər.
AvroMedia.Az xəbər verir ki, onlar öz təcrübələrini "Reddit"in "AskReddit" bölməsində paylaşıblar.
İstifadəçilərin əksəriyyəti bildirib ki, düzgün su rejimi arıqlama prosesində mühüm rol oynayır. Onlardan biri qeyd edib ki, hər yeməkdən əvvəl su içmək vərdişi onun daha az yeməsinə səbəb olub:
“Çox sadə səslənir, amma bu vərdiş sayəsində fərqinə varmadan az yeməyə başladım. İlk ayda təkcə bunun hesabına 3,5 kiloqram çəki atdım”.
Digər istifadəçilər isə artıq çəkidən qurtulmaq üçün evdə qəlyanaltı saxlamamağın effektiv üsul olduğunu deyiblər. Onlardan biri etiraf edib ki, özündə intizam zəif olduğu üçün evdə olan bütün şirniyyat və qəlyanaltıları tez bitirirdi. Bu səbəbdən o, belə məhsulları ümumiyyətlə almamaq qərarına gəlib.Bundan əlavə, forum iştirakçıları keyfiyyətli yuxunun da arıqlamada vacib rol oynadığını vurğulayıblar. Onların sözlərinə görə, düzgün qidalanma və fiziki aktivlik önəmli olsa da, kifayət qədər yatmadan bu prosesi davam etdirmək xeyli çətinləşir.
Beləliklə, arıqlamaq istəyənlər üçün əsas məsləhətlər arasında su qəbulunu artırmaq, zərərli qəlyanaltılardan uzaq durmaq və kifayət qədər yuxu almaq ön plana çıxır.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu