Meyvə və tərəvəzlərin üzərinə yapışan pestisitlər kimyəvi dərmanlardır. Bu kimyəvi qalıqları və onlarla birlikdə bakteriyaları paketlə mətbəxə gətirmək istəmirsinizsə, bəzi təbii təmizləmə üsullarını bilməlisiniz.
Təbii üsullarla meyvə və tərəvəzlərin üzərindəki pestisit qalıqlarından asanlıqla xilas olmaq mümkündür. Ən təsirli üsullar bunlardır:
Limon suyu və limon qabığı
Bir qaba 1 litr su tökün, üzərinə yarım limonun suyunu və bir neçə parça limon qabığı əlavə edin. Meyvə və tərəvəzləri bu qarışımda 10-15 dəqiqə saxlayın. Limonun təbii turşuluğu pestisitlərin səthdən ayrılmasına kömək edir. Daha sonra məhsulları bol su ilə yuyun.
Duzlu su
1 litr suya 1 xörək qaşığı iri duz əlavə edib qarışdırın. Meyvə və tərəvəzləri bu suda 15 dəqiqə saxlayın. Duz xüsusilə həşərat qalıqlarının və bəzi pestisitlərin səthdən çıxmasına kömək edir. Ardınca bol su ilə yuyun.
Sodalı su
Bir qaba 1 litr içməli su töküb üzərinə 1 çay qaşığı soda əlavə edin. Meyvə və tərəvəzləri bu suda 10-15 dəqiqə saxlayın. Soda bir çox pestisit qalıqlarını parçalayaraq səthdən ayırır. Sonra mütləq bol su ilə durulayın.
Alma sirkəsi
Bir qaba su doldurub üzərinə 1 kiçik stəkan alma və ya üzüm sirkəsi əlavə edin. Məhsulları 10 dəqiqə suda saxlamaq kifayətdir. Sirkə səthdəki bakteriya və qalıqların yapışmasını azaldır. Lakin sonda durulama mütləq edilməlidir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu