Britaniyalı alimlər müəyyən ediblər ki, paçuli, qreypfrut və kardamonun efir yağlarının inhalasiyası sağlam insanlarda yaddaş və diqqəti yaxşılaşdırır.
AvroMedia.az xəbər verir ki, tədqiqatın nəticələri “Human Psychopharmacology (HPP): Clinical and Experimental” jurnalında dərc olunub.
Eksperi mentdə 90 könüllü iştirak edib və onlar üç qrupa bölünüblər: birinci qrup efir yağlarının kombinə olunmuş qoxusu olan məkanda koqnitiv tapşırıqları yerinə yetirib, ikinci qrup yaddaşa müsbət təsiri ilə tanınan adaçayı qoxusu olan mühitdə testdən keçib. Üçüncü qrup isə təmizlənmiş hava olan otaqda sınaqdan keçirilib.
İştirakçılar qoxuların tədqiqatın bir hissəsi olduğunu bilməyiblər. Nəticələr göstərib ki, üçüncü qrupun iştirakçıları işçi yaddaşın idarə olunması, sözlərin yadda saxlanması və mürəkkəb hesablamalar baxımından daha yaxşı nəticələr əldə ediblər.
Test başa çatdıqdan sonra iştirakçılar həmçinin daha aşağı yorğunluq səviyyəsi hiss etdiklərini bildiriblər. Yaxın infraqırmızı spektroskopiya üsulu ilə aparılan beyin qan axını ölçmələri beynin metabolik aktivliyinin artdığını göstərib və bu təsir təkcə adaçayının təsirini üstələyib.
Qarışığın tərkibinə paçuli, neroli, qreypfrut, kardamon, ladan, nard, rozmarin və limonotu efir yağları daxil olub. Qeyd edilir ki, bu yağların hər biri əvvəllər diqqətin artması və ya emosional vəziyyətin dəyişməsi ilə əlaqələndirilib, lakin məhz onların kombinasiyası ən ifadəli təsiri verib.Unikal.az

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu