Dieta proqramları son illərdə Azərbaycanda geniş yayılıb və xüsusilə, sosial şəbəkələr, fitnes mərkəzləri, eləcə də onlayn platformalar vasitəsilə populyarlıq qazanıb.
AvroMedia.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz:
"İnsan orqanizmi fərdi xüsusiyyətlərə malik mürəkkəb bir sistemdir. Yaş, cins, genetik faktorlar, maddələr mübadiləsinin sürəti, fiziki aktivlik səviyyəsi, hormonal vəziyyət və mövcud xroniki xəstəliklər gündəlik qida ehtiyacını müəyyən edən əsas amillərdir. Qrup dieta proqramlarında isə adətən bu fərdi fərqlər nəzərə alınmır və hamı üçün eyni kalorili, eyni tərkibli qida planı tətbiq olunur".
Mütəxəssis-ekspert bildirib ki, nəticədə bəzi insanlarda enerji çatışmazlığı, protein defisiti, eləcə də vitamin və mineral yetərsizliyi ortaya çıxır.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu