Mütəxəssislər bildirirlər ki, alkoqol qəbulu piylənmədən əziyyət çəkən insanlar üçün xüsusi risk daşıyır. Səbəb isə sadədir: artıq çəki özü-özlüyündə qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir və alkoqolla birlikdə bu təsir daha da güclənərək təhlükəli xroniki xəstəliklərin daha tez inkişaf etməsinə yol aça bilər.
AvroMedia.Az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaçılar təxminən 1,2 milyon yetkin britaniyalı qadının tibbi kart məlumatlarını təhlil etdikdən sonra onları müəyyən müddət ərzində müşahidə ediblər.
Kişilərdə risk daha yüksək ola bilər
Tədqiqat zamanı artıq çəkisi olan və alkoqol qəbul edən kişilər üçün də sirrozdan ölüm riski yüksək qiymətləndirilib.Alimlərin hesablamalarına görə, artıq çəkisi olan və həftədə 150 qram və daha çox təmiz spirt qəbul edən kişilərdə qaraciyər sirrozu inkişaf etmə ehtimalı 19 dəfə artır.
Qeyd olunur ki, artıq çəkisi olmayan insanlarda bu risklər xeyli aşağı olub.
Alimlər nə tövsiyə edir?
Mütəxəssislər belə nəticəyə gəliblər: artıq çəki və piylənmə alkoqol qəbulu ilə birləşdikdə, qaraciyərlə bağlı problemlər daha sürətlə yaranır və ağırlaşır.Riskləri azaltmaq üçün aşağıdakı addımlar tövsiyə olunur: alkoqol qəbulunu ciddi şəkildə azaltmaq, fiziki aktivliyi artırmaq, artıq çəkidən qurtulmaq üçün gündəlik qida rasionunun kaloriliyini ən azı 15–20 faiz azaltmaq (insanın əvvəlki qidalanma vərdişlərinə uyğun olaraq).
Bununla yanaşı, mütəxəssislər məsləhət görür: yağlı, qızardılmış və hisə verilmiş qidalardan, fast-food və yarımfabrikatlardan uzaq durmaq.
Sağlam rasionun əsasını isə tərəvəzlər, taxıllar, göyərti, meyvələr və giləmeyvələr təşkil etməlidir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu