Qış ayları gələn kimi bəzi şəxslər otaq isti olsa belə əl və ayaqlarının sanki donduğunu hiss edir. Bu yalnız soyuğa qarşı normal reaksiya deyil, əslində, bədənin dərin fizioloji problemlərə işarəsi ola bilər.
Həkimlər bildirir ki, əl və ayaqların isti mühitdə belə soyumasının əsas səbəbi damarların daralması və qan dövranının zəifləməsidir. Xüsusilə Raynaud fenomeni adlı vəziyyətdə kiçik damarlar soyuq və stressə qarşı həddindən artıq reaksiya verir, barmaqlar əvvəl ağ, sonra mavi və qızarır. Bu, qısa müddətli olsa da, kəskin soyuqluq və keyimə ilə müşayiət olunur.
Rus nevroloqu Pavel Xoroşev deyir: “Əllərin soyuq olması damar spazmının nəticəsidir. Bu vəziyyət bəzən anemiyaya, tiroid funksiyasının pozulmasına və ya şəkər xəstəliyinə işarə edə bilər. Əgər simptomlar isti otaqda da qalırsa, mütləq həkimə müraciət olunmalıdır”.
Həkimlərin fikrincə, əgər bu hal uzun müddət davam edirsə, qan testi, qalxanvari vəz funksiyası və damar ultrasəsi kimi müayinələr tələb olunur. Sadə həyat tərzi dəyişiklikləri, fiziki aktivlik, isti geyim, stressin azaldılması və siqareti tərgitmək simptomları yüngülləşdirə bilər.
Bəzən bu hal normal fizioloji fərqliliklərdən də irəli gəlir, bəzi insanların damarları digərlərinə nisbətən daha həssasdır. Lakin barmaqların rəng dəyişməsi, keyimə və ağrı ilə müşayiət olunması ciddi tibbi araşdırma tələb edir.
Əllər və ayaqların otaq isti olsa belə soyuq qalması sadəcə “üşümək” deyil. Bu, bədənin qan dövranı və termorequlyasiya sistemindən gələn vacib siqnaldır və diqqətlə yanaşılmalıdır.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu