Qida təhlükəsizliyi üzrə mütəxəssis Yelena Spetsenko yayın ən çox yeyilən salatının sağlamlıqla bağlı risklərini açıqlayıb.
AvroMedia.az Milli.Az-a istinadən xəbər verir ki, xiyar və pomidordan hazırlanmış ənənəvi yay salatına mayonez əlavə edildikdə və düzgün saxlanmadıqda bu yemək zəhərlənməyə səbəb ola bilər. Onun sözlərinə görə, əsas təhlükə mayonezdədir. Havanın temperaturu 25 dərəcəni keçdikdə, mayonezli salat 30-40 dəqiqə ərzində stafilokok, salmonella və bağırsaq çöpləri kimi zərərli bakteriyalar üçün ideal mühitə çevrilir.
Xüsusilə yay kafelərində və supermarketlərdəki hazır salatları alanların daha çox risk altında olduğu bildirilib. Spetsenko salatın yeməkdən dərhal əvvəl hazırlanmasını, otaq temperaturunda maksimum iki saat saxlanmasını və tərəvəzlərin soda ilə yuyulmasını tövsiyə edib. Mayonez əvəzinə bitki yağı və ya qatıqla hazırlanmış souslardan istifadə edilməsinin daha təhlükəsiz olduğu vurğulanıb.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu