Nektarin dadlı və şirin yay meyvəsidir.
AvroMedia.az xəbər verir ki, bu meyvə A, C və E vitaminləri, antosiyaninlər də daxil olmaqla müxtəlif antioksidantlar ehtiva edir.
Bu antioksidanlar hüceyrələri sərbəst radikallardan, orqanizmi isə bir çox xəstəliklərdən qoruyur.
Nektarin xüsusilə C və A vitaminləri ilə zəngindir. Bu vitaminlər dərinin elastikliyini artırır, qırışları azaldır və dərini cavanlaşdırır.
C vitamini immunitet sistemini gücləndirir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. A vitamini isə göz sağlamlığını qoruyur və dəri sağlamlığını dəstəkləyir.
Bu meyvə ürəyin sağlamlığını qorumağa kömək edən kaliumla zəngindir. Kalium qan təzyiqini tənzimləyir və hipertoniya riskini azaldır.
Nektarində həmçinin maqnezium və dəmir kimi vacib mineralları var. Həmçinin nektarin istehlakı qan şəkərinin səviyyəsini tarazlaşdırmağa kömək edir.
Bu meyvə böyrək daşı yaranmasının və müxtəlif əzələ ağrılarının qarşısını alır.
Tərkibindəki liflərlə qəbizlik kimi həzm və bağırsaq problemlərinə faydalıdır, eləcə də bağırsaq sağlamlığını da qoruyur.
Nektarinlər aşağı kalorili və yüksək lif tərkibi ilə pəhriz saxlayanlar üçün ideal qəlyanaltı hesab olunur. Tox saxlayaraq lazımsız kalori qəbulunun qarşısını alır. Həmçinin maddələr mübadiləsini gücləndirir, arıqlamağa kömək edir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu