“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəlik poliomielit xəstəliyidir”.
AvroMedia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin məsləhətçisi Şahnaz Həsənova media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, 30-dan çox təhlükəli xəstəliyə qarşı peyvənd mövcuddur: “Həmçinin iki xərçəng növünə qarşı peyvənd mövcuddur. Bunlar qaraciyər xərçəngi və uşaqlıq boynu xərçəngi ilə bağlı peyvəndlərdir.
Qeyd edim ki, 2020-2030-cu illər üçün 98 ölkədə 10 patogenə qarşı immunizasiya proqramının 32 milyon həyatı xilas edəcəyi proqnozlaşdırılıb. Onların 88%-ni 5 yaşa qədər uşaqlar təşkil edəcək. Həmçinin bildirməliyəm ki, dünyada immunizasiya sayəsində difteriya, tetanus, göyöskürək, qrip və qızılca kimi xəstəliklərdən hər il 5 milyona qədər ölümün qarşısı alınır. Peyvəndlər çox təhlükəsiz və effektivdir. Bir neçə peyvəndi eyni gündə vurmaq olar”.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu