Prostat hüceyrələrindəki mutasiyalar nəticəsində yaranan iltihab bu hüceyrələri yenidən proqramlaşdıraraq aqressiv şişlərə çevirə bilər.
AvroMedia.az Oxu.az-a istinadla xəbər verir ki, Brüssel Universitetinin alimlərinin bu sahədə apardıqları araşdırmanın nəticələri “Nature Cancer” jurnalında dərc olunub.
Bildirilir ki, hüceyrələrin yenidən proqramlaşdırılması normal hüceyrələrin öz funksiyalarını dəyişdirdiyi və şiş hüceyrələrinin xüsusiyyətlərini əldə etdiyi prosesdir. Siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, prostatın müxtəlif hissələrində yenidən proqramlaşdırma mexanizmi fərqli ola bilər.Bununla belə, gəmiricilər üzərində aparılan təcrübələrdə aşkar edilən yenidən proqramlaşdırma əlamətlərinin prostat xərçənginin ən aqressiv formaları olan xəstələrdəki əlamətlərlə üst-üstə düşdüyü kəşfi xüsusi əhəmiyyət kəsb edib.
Alimlərin fikrincə, bu o deməkdir ki, belə molekulyar markerlər xəstəliyin sürətli inkişaf riski yüksək olan xəstələrin erkən aşkarlanması üçün istifadə oluna bilər.Əsas kəşflərdən biri o idi ki, iltihab sadəcə şiş prosesini müşayiət etmir, əksinə onu işə salır. Eyni zamanda, dərmanlarla iltihabın qarşısını almaq xərçəngin inkişafını dayandıra bilər.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu