İsti yay günlərini bağ evində keçirməyi planlaşdıranlar günəş şüaları ilə ehtiyatlı davranmalı və sağlamlıqlarına qarşı diqqətli olmalıdırlar.
AvroMedia.az xəbər verir ki, bunu rusiyalı nevroloq Yekaterina Demyanovskaya yerli KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, havanın temperaturu +30…+35 °C olduqda, hətta sağlam insanlarda belə ürəyə düşən yük 2-3 dəfə artır. Bu cür hava şəraitini xüsusilə artıq çəkidən əziyyət çəkən, yüksək qan təzyiqi və digər ürək-damar xəstəlikləri olan insanlar daha çətin keçirirlər. Belə şəxslərə günəş altında 30 dəqiqədən artıq qalmamaq və əsas vaxtlarını kölgədə keçirmək tövsiyə olunur.
Demyanovskaya həmçinin qeyd edib ki, ağır fiziki işləri günün erkən saatlarında planlaşdırmaq daha doğrudur. Günvurma əlamətləri hiss olunduqda isə dərhal sərin yerə çəkilmək, dar geyimləri çıxarmaq, uzanmaq və təmiz ya da mineral su içmək lazımdır:
“Günvurma zamanı başgicəllənmə, baş ağrısı, nəfəs darlığı, ürəkbulanma, soyuq tər və ya bədənin isti və qızarmış olmasına baxmayaraq tərləməməsi müşahidə edilə bilər. Əgər insan tərləmirsə, bu, artıq bədənin istilik tarazlığının pozulduğunu və orqanizmin özünü soyuda bilmədiyini göstərir”, – deyə mütəxəssis xəbərdarlıq edib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu