Diabetin kəskin ağırlaşması qan şəkərinin təhlükəli dərəcədə artmasına səbəb olan insulin yetməzliyindən yaranır. Lakin bununla mübarizə aparmaq üçün təbii vasitələr çoxdur.
AvroMedia.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq İqor Strokov şəkər xəstələri üçün maraqlı tövsiyələr verib.
O qeyd edib ki, çobanyastığı qan şəkərini 60% azaldır:
“Heyvan və insanlar üzərində aparılan tədqiqatlar zamanı çobanyastığının metabolik markerlərə və diabetin ağırlaşmalarına təsiri ilə bağlı sübutlar üzə çıxıb.
Heyvanlar üzərində aparılan tədqiqatlar qlikemik (qan şəkəri) nəzarət və qlükoza dözümsüzlüyünün müxtəlif ölçülərində irəliləyişlər göstərib. Diabeti olan siçovullarda qan şəkərinin yaxşılaşması yüzdə 14-dən 59-a qədər dəyişib”.
Digər elmi təqiqat zamanı 2-ci tip diabet xəstəsi olan 64 nəfərə səkkiz həftə ərzində gündə üç stəkan çobanyastığı çayı içirdilib. Çobanyastığı çayı içənlərdə içməyən xəstə qrupu ilə müqayisədə insulin səviyyəsi və müqavimətində əhəmiyyətli dərəcədə azalma müşahidə olunub.
Həkim söyləyib ki, qan şəkəri isə 11 faiz azalıb. Beləliklə, ucuz çobanyastığı dəmləməsi şəkərinizin təbii dərmanı ola bilər. Lakin bu yanaşı tibbi müalicədən imtina etmək demək deyil.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu