SİMA yeni nəsil rəqəmsal imza “e-Səhiyyə” veb-portalı və eyniadlı mobil tətbiqə inteqrasiya edilib.
AvroMedia.az xəbər verir ki, inteqrasiya nəticəsində vətəndaşlar üçün bir çox səhiyyə xidmətlərinə onlayn əlçatanlıq təmin edilib.
Artıq vətəndaşlar adıçəkilən portala və ya mobil tətbiqə “SİMA İmza” ilə daxil olaraq xəstəlik vərəqələri, tibbi arayışlar, reseptlər, epikrizlər, peyvəndlər, analizlər, müayinə nəticələrinin alınması və digər xidmətləri onlayn şəkildə əldə edə bilərlər.
Bundan başqa, donor olmaq üçün məsafədən müraciətlərin göndərilməsi də “SİMA İmza” vasitəsilə mümkün olub. Müraciəti Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəsmi saytında (odtkm.gov.az) formalaşdırmaq mümkündür.
Diqqətə çatdıraq ki, vətəndaşlar qeyd edilən elektron xidmətləri əldə etmək üçün əvvəlcə “SİMA İmza” ilə “digital.login” sisteminə daxil olmalıdır.
“SİMA İmza” haqqında
SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” tətbiqinin endirilmə sayı 4,2 milyonu ötüb. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” tətbiqində qeydiyyat vətəndaşlar üçün ödənişsizdir. Ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu