Qidalanma rejimini dəyişdirməklə süd vəzi xərçənginə tutulma riskini azaltmaq olar.
AvroMedia.az xəbər verir ki, bu barədə rusiyalı onkoloq Vladimir İvaşkov öz “Telegram” kanalında danışıb.
İvaşkov bu məqsədlə qadınlar üçün gündəlik rasiona əlavə edilə biləcək məhsulları sadalayıb.
O, antioksidant və liflə zəngin olduğuna görə tərəvəz və meyvələrin rasionun əsas hissəsini təşkil etməli olduğunu bildirib. Həkim, həmçinin qadınlara müxtəlif sıyıqlar, qəhvəyi düyü və tam taxıllı çörək əlavə etməyi tövsiyə edib.
Bundan əlavə, Vladimir İvaşkovun sözlərinə görə, həftədə iki-üç dəfə balıq, zeytun yağı, avokado və qoz-fındıq yemək lazımdır, çünki bu məhsulların tərkibində faydalı yağlar boldur.
Eyni zamanda o qeyd edib ki, şəkər, şirniyyat, alkoqollu içkilər, fast-fud və yağlı ət rasiondan tamamilə çıxarılmalıdır.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu