Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında olan əsas xəstəliklərin adı açıqlanıb.
AvroMedia.az xəbər verir ki, Modern.az-ın Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumatə əsasən, ölüm səbəbləri sırasanda ilk yerdə yenitörəmələr (xərçəng şişləri) gəlir.
2-ci yer qan dövranı sisteminin xəstəliklərinə (ürək-damar) aiddir.
İlk “3-lük”də sinir sisteminin xəstəlikləri də yer alır.
Ümumiyyətlə paytaxtda yaşayan insanların ölümünə səbəb olan əsas xəstəliklər belə sıralanıb:
1. Yenitörəmələr (xərçəng şişləri)
2. Qan dövranı sisteminin (ürək-damar) xəstəlikləri
3. Sinir sisteminin xəstəlikləri
4. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri
5. Həzm sisteminin xəstəlikləri
6. Tənəffüs sisteminin xəstəlikləri
7. Bəzi infeksion və parazitar xəstəliklər
8. Perinatal dövrdə meydana çıxan bəzi hallar
9. Sidik-cinsiyyət sisteminin xəstəlikləri
10. Klinik və laborator müayinələrdə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14172 ölüm halı qeydə alınıb. Rəsmi statistikaya görə, bir il ərzində Bakıda 15 minə yaxın ölüm halı baş verir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu