Qəfil ürək ölümünü beşqat artıran peşə açıqlandı
Tarix: 12-06-2025, 10:48
Baxılıb: 2 447
Google+ Paylaş
Tumblr Paylaş

Qəfil ürək ölümünü beşqat artıran peşə açıqlandı

12-06-2025, 10:48

Peşəkar bodibildinqlə məşğul olan şəxslərin həvəskar bodibildinqçilərlə müqayisədə gizli ürək problemlərindən qəfil ölmə ehtimalı 5,2 dəfə çoxdur.
AvroMedia.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Padua Universitetinin alimi Marko Vekkiato və onun həmkarları belə nəticəyə gəliblər.
Alimlər bildiriblər ki, qəfil ürək ölümünün mümkün səbəblərinə ürək divarlarının qalınlaşması və ya kardiomeqaliya, yəni orqanın özünün genişlənməsi daxil ola bilər.
Tədqiqatçıların fikrincə, peşəkar bodibildinqçiləri həvəskarlardan fərqlərdən əsas cəhətlərdən biri də onların bəzən anabolik steroidlərdən istifadə etməsidir.
Digər risk amillərinə güc məşqləri, sərt pəhrizlər və turnirlərdən əvvəl arıqlamaq üçün orqanizmin susuzlaşdırılması daxildir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ