Xərçəngi yaradan faktorlardan biri də viruslardır.
AvroMedia.az Medicina.az-a istinadən xəbər verir ki, xərçəng özbaşına yaranmır, hava-damcı yolu ilə də keçmir. Amma çox elmi araşdırmalar sübut edib ki, hətta hava–damcı yolu ilə yayılan bir çox viruslar şiş yarada bilir.
Bloxin adına Onkoloji Mərkəzin əməkdaşı Vadim Pokrovski xərçəng yaradan viruslardan danışıb:
“Bunlar ölkədə çox yayılan Epşteyn-Barr, hepatit və papiloma viruslarıdır. Bu viruslar orqanizmdə yayılaraq, zaman-zaman mutasiiyaya uğrayır, hüceyrələri zədələyir və nəticədə bədxassəli hüceyrələr çevrilişi artırır.
Yer üzündə əhalinin yarıdan çoxunda Epşteyn barr virusu var. Bu virus uşaqdan böyüyə hər kəsə müxtəlif yollarla yoluxur. Əsasən boyun, boğaz, burun, qida borusu və cinsiyyət üzvlərində şiş yarada bilir. Virusu orqanizmdən tam təmizləmək mümkün deyil, bunun üçün dərman da yoxdur. Sadəcə, immuniteti yüksək saxlamaq lazımdır.
VPV 16-18 tip də qadınlarda uşaqlıq boynu xərçəngi yaradır. Hepatit B də qaraciyərdə sağlam hüceyrələri dəyişir. Əgər bir insanda bu viruslar varsa, bu o demək deyil ki, o mütləq xərçəng olacaq. Daha çox xroniki formalar yüksək risk yaradır”.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu