Xəstələnməmək və damarları qorumaq üçün C vitamini lazımdır. O isə limon və bolqar bibərində çoxdur.
Həkim Nataliya Denisova profilaktika üçün gündə azı 1 ədəd bolqar bibəri yeməyi tövsiyə edib.
“Bu tərəvəz orqanizmi bakterial və virus infeksiyalarına qarşı dözümlü edir. Bibərdə olan C və PP vitamini damarların vəziyyətini yaxşılaşdırır. Orqanizmdə askorbin turşusunun çatışmazlığı yorğunluğa səbəb olur, immuniteti zəiflədir, damarları partladır, yaralar gec sağalır.
100 qram bibərdə sutkalıq norma var. Bolqar bibəri kaliylə də zəngindir. O, su-duz balansını tənzimləyir. Bibər yeyənlərin təzyiqi də stabilləşir. Normada günə 1, hətta yarım bibər yemək kifayətdir. Hətta qışda istixana bibərində də C vitamini var. Bibəri sobada bişirəndə C vitamini parçalansa da, likopin və beta karotinlər artır.
Bunlar da iltihab və xərçəngə qarşıdır”, - N.Denisova qeyd edib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu