Həddindən artıq yatmağın zərərləri
Tarix: 7-12-2023, 14:55
Baxılıb: 1 961
Google+ Paylaş
Tumblr Paylaş

Həddindən artıq yatmağın zərərləri

7-12-2023, 14:55

Həddindən artıq yuxu simptomu müxtəlif xəstəliklərin göstəricisi ola bilər.

Mütəxəssis Aleksandr Lavrişev bu halın necə vəziyyət olması və onun öhdəsindən gəlməyin yollarından danışıb.
Həddindən artıq yuxulu olmaq bəzi xəstəliklərin yaranmasından xəbər verə bilər. Bura apne (yuxuda tənəffüs pozğunluqları), depressiya, xroniki yorğunluq sindromu, anemiya, tiroid xəstəlikləri daxildir.
Depressiya çox yatmağın əsas səbəbidir. Depresiya zamanı insan səhərlər yataqdan qalxmaq istəmir, özünü yorğun hiss edir və oyanmaqda çətinlik çəkir. Həddindən artıq yuxu tez-tez atipik depressiya ilə əlaqələndirilir. Bu tip depressiya zamanı insan çəki alır, daha çox yatır, öz bədənində özünü yöndəmsiz hiss edir.
Əgər son bir ildə həkimə müraciət edilməyibsə, bunu etnək və həkimlə məskəhətləşmək lazımdır. Xoruldayan insanda həddindən artıq yuxululuq müşahidə olunarsa, mütləq somnoloqa müraciət etmək lazımdır.
Yuxu apnesi milyonlarla insana təsir edən tənəffüs pozğunluğudur. Yuxu apnesində yuxu zamanı tənəffüs vaxtaşırı dayanır və yuxu dövrü pozulur. Bu səbəbdən, yaxşı bir gecə yuxusu əldə edilmir, bu da ertəsi səhər həddindən artıq yuxuya səbəb ola bilər və yuxu dövrünü daha da poza bilər. Yuxu apnesinin müalicəsi var və bunun üçün həkimlə danışmağınız məsləhətdir.
Çoxlarının sevdiyi qəhvəyə gəlincə, gündə üç stəkana qədər müntəzəm içmək yuxuya və qan təzyiqinə ciddi təsir göstərmir, lakin bu norma pozularsa, o zaman onun istehlakını azaltmağa çalışmaq lazımdır.
O da qeyd edilir ki, alkoqolun və reseptli dərmanların istifadəsi yuxuya səbəb ola bilər. Spirtli içki içən şəxs, məsuliyyətlə istehlak etməli və  yatmazdan əvvəl içməməlidir
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ