Tezliklə boşanacağınızı göstərən 4 əlamət
Tarix: 28-09-2023, 08:54
Baxılıb: 1 353
Google+ Paylaş
Tumblr Paylaş

Tezliklə boşanacağınızı göstərən 4 əlamət

28-09-2023, 08:54

Cütlüklərin ünsiyyətində problem yaranması, yəni söhbət ünsiyyətinin kəsilməsi və danışmağa sözünün olmaması artıq yaxınlaşan ayrılığı göstərir.

Elm adamları boşanmanın olacağını göstərən 4 əlaməti açıqlayıblar:

1. Toksiki tənqid – artıq hər iki tərəf bir-birini zəhərləyəcək dərəcədə sözlərlə tənqid edir. "Həmişə beləsən, sən heç vaxt düzəlməyəcəksən" kimi sözlər deyilir.

2. Məsuliyyətdən qaçmaq, müdafiə mövqeyi seçmək.

Cütlükdən biri digərindən özünü müdafiəyə keçərsə, yəni daim ondan hücum gözləyib, özünü haqlı çıxarmağa çalışırsa. Qarşı tərəfin dediyində heç bir 1% də həqiqəti görmür, məsuliyyəti tam üzərindən atıb ona yükləyir.

3. Danışığı kəsmək, uzaqlaşmaq.

Psixiatrın fikrincə, daim qarşı tərəfi bloklayan və ona fikrini deməyə imkan verməyən tərəf artıq boşanmaya hazırlaşır.

Qarşı tərəflə fiziki təması, danışığı kəsən, söhbətləri yarımçıq saxlayıb üz çevirib uzaqlaşanların ailə həyatının sonu gəlib.

4. Nifrət etmək.

Bunu necə hiss etmək olar? Gözlərini qaçırdır, süzdürür, daim ələ salır, gülür, guya zarafat edir, digər insan üçün dəyərli olan şeyləri aşağılayır, alçaldıcı davranışlar sərgiləyir və s.

Məhz bu hiss evliliyi bitirən təhlükəli qatildir. Əgər bu vəziyyət yeni yaranıbsa, artıq bir-birinizdən qaçırsızsa, psixiatr və psixoloq terapiyasından keçin, zamanında bunlarla mübarizə aparmasanız, getdikcə dərinləşəcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ