Kompyuterin insan orqanizminə vurduğu bəlalar
Tarix: 27-07-2023, 11:47
Baxılıb: 3 759
Google+ Paylaş
Tumblr Paylaş

Kompyuterin insan orqanizminə vurduğu bəlalar

27-07-2023, 11:47

XXI əsr bildiyimiz kimi texnikanın çox inkişaf etdiyi bir əsrdir. Bu texnika da insanların sağlamlığına çox böyük zərbələr vurur. Elə götürək kompyuterin insan orqanizminə vurduğu ziyanları. Belə ki, informasiya texnologiyalarının inkişaf etdiyi dövrdə günümüzü kompyutersiz təsəvvür etmək çətindir. Lakin kompyuterdə çox işləməyin zərərləri də hamımıza məlumdur. Amma biz buna əməl eləyirikmi?
Həkim- terapevt Abbas Bağırov kompyuter arxasında çox işləməyin insan bədəninə vurduğu zərərlər  barəsində belə deyib: "Hazırki dövrdə insanların həyatının və vaxtının mühüm hissəsini kompyuterlə keçirmə zərurəti yaranıb. İnformasiya texnologiyalarının sürətli inkişafı, yeniliklərin yaranması və bu yeniliklərə insanlığın maraq göstərməsi, yeni proqramlar, tətbiqlər çərçivəsində işlərini yenidən qurub irəli aparması baxımından zərurət yaranıb. Eyni zamanda, iş bilirik ki, rejimin, iş vaxtının, görülən işlərin tənzimlənməsi baxımından kompyuter və internetsiz həyat mümkün deyil. Tədrisin aparılması proseslərində də kompyuter və internet texnologiyaları çox mühüm rol oynayır. Buna görə də kompyuter vasitələrinə həyati tələblər çoxalmaqdadır və onların insan orqanizminə vurduğu zərərləri yaxşı bilməliyik..
Qeyd etmək lazımdır ki, kompyuterdən istifadənin davamlı və uzun müddət olması insan orqanizmində bir neçə patologiyalara yol açır ki, bu da sağlamlığa ciddi zərər vuran, insan orqanizminin əmək fəaliyyətinin təhdidinin yaranmasına səbəb olan bir faktorlar kimi ortaya çıxır. Məsələnin mahiyyəti bundadır ki, kompyuterdə işləyən bütün insanlar əməyin nizamlanması şərtlərini mütləq qorumalıdırlar və bu, çox vacibdir. Məsələn, kompyuterdən istifadə iki saatdan artıq davam etdikdə gözlər yorulur, gözlərin yorulması fonunda beyin-qan dövranında pozuntular yaranır, beyin-qan dövranının pozulması sinir sisteminin, insan orqanizminin, sinir sistemindən periferik əzələlərə gələn siqnalların intensivliyinin artmasına və ümumi yorğunluğuna səbəb olur. Kompyuterin arxasında çalışarkən istər-istəməz boyun və onurğa sütunu əzələlərində gərginlik vəziyyəti yaranır, bu gərginlik uzun müddət davam etdikdə əzələlərin dartılması fonunda fəqərəarası sahələr yavaş-yavaş kiçillir, daralır və bu da fəqərəarası disklərin get-gedə zədələnməsinə gətirib çıxarır. Bu da dayaq hərəkət sistemi üçün çox ciddi patoloji siqnaldır, ciddi xəstəliklərin əmələ gəlməsinə yol açır. Əsasən, boyun, bel fəqərələrində yırtıqların yaranması və digər degenerativ-destruktiv proseslərin yaranması ilə müşayiət olunan xəstəliklər baş verir.
Kompyuter eyni zamanda, göz xəstəliklərinin yaranması üçün böyük təkanverici amil kimi özünü göstərir. Uzun müddət iş zamanı monitora davamlı baxış zamanı şübhəsiz ki, hər bir monitor və elektron sistemdə elektro-maqnit şüaları xaric edilir və gözə zədələyici təsir göstərir. Göz bəbəklərinin, gözün bağlarının, hərəki sinirlərinin gərginləşməsinə, bunun fonunda göz yaşı kanallarının spazmına, gözün çox yaşarmasına, göz-burun keçəcəyinin get-gedə daralmasına səbəb olur ki, bu da görmə funksiyasının pozulması ilə nəticələnən patoloji hallara gətirib çıxara bilir. Qeyd etdiyim kimi, ümumi və psixi yorğunluq fonunda, dolayısı ilə ürək-qan-damar sistemində, qan təzyiqinin düşməsi və ya qalxması kimi halların da baş verməsi mümkündür. Əllərdə qıcıqlanma, gözlərdə yaşarma, göz qızarması, bel, boyun, baş ağrıları kimi hallar ortaya çıxarsa tənəffüs etmək və kompyuterlə təmasa fasilə vermək lazımdır. Eyni zamanda, kompyuterin arxasında davamlı oturmaq süni kökəlməyə gətirib çıxara bilir. Kökəlmə prosesində qan damarlarında dəyişikliklərə, noların daralmasına səbəb olan bir neçə amillərin təsirinə məruz qalaraq növbəti patoloji proseslərin əmələ gəlməsinə də yol açır”.
Buradan belə bir sual ortaya çıxır. Bəs kompyuterdə çox işləyən insanlar sağlamlığının qeydinə necə qalmalıdır? Bu sualın cavabını da həkim- terapevt Abbas Bağırov belə izah edir:
-Kompyuterlə çalışarkən minimum 50, maksimum 70 santimetr məsafədə oturub nə çox isti, nə çox sərt yerdə olmama şərti ilə bədən konfiqurasiyasına uyğunlaşdırılmış şəkildə komyuter arxasında işləri davam etdirmək lazımdır. Əgər bu şərtlərə - müvazinətin saxlanılmasına, bədən simmetriyasının qorunmasına, kompyuterlə çalışarkən fikir verilməzsə, bu, təbii ki, bir müddətdən sonra bədənin yorulması və xəstələnməsinə səbəb olacaq. Buna görə də hökmən 2 saatlıq işdən sonra fasilə verilməli, oynaq sisteminin hərəkəti, tənəffüs orqanlarının sinxronizasiyası, əllərin, qolların, bədən müvazinətinin müxtəlif vəziyyətlərdə sərbəstləşməsinə təmin yaradan hərəkətlər etmək lazımdır. Müxtəlif fiziki hərəkətlər etmək lazımdır, kompyuter masasının funksionallığından və düzgün hündürlüyündən əmin olmaq lazımdır. Komyuterdən istifadə edən hər kəs bədənində D vitamini səviyyəsini də hökmən yoxlatdırmalıdır. Çünki kompyuterdən uzun müddətlik istifadə bədəndə D vitaminin azalmasına, qalxanabənzər vəzinin funksiyasının pozulmasına, sümük sisteminin, dayaq-hərəkət sisteminin pozulmasına, bədəndə digər metabolitik proseslərin pozulmasına səbəb olur. Kompyuterdən istifadə edən insanlar bədəni sıxan, sintetik heç bir geyimdən istifadə eyməməli, təbii materialdan və boş paltarlar geyinməlidir. Bəzi hallarda kompyuter arxasında əyləşən insanlar siqaret və kofedən çox istifadə edirlər. Bu da özlüyündə bir müddətdən sonra bədənə öz zərərini vuracaqdır.
Deməli, əgər sağlamlığımızın qeydinə qalmaq istəyiriksə həkim məsləhətinə çox ciddi əməl etməliyik. Axı insanın ən böyük var-dövləti onun sağlamlığıdır. Sağlamlığınızı qorumaq, xoşbəxt həyat yaşamağımızın ən ümdə yoludur.
Zeynəb GƏNCƏLİ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ