Diqqət: "İctimai yerlərdə Wi-Fi funksiyasını söndürün!" - Şəxsi məlumatlarınız ələ keçə bilər
Tarix: 30-04-2024, 08:08
Baxılıb: 2 179
Google+ Paylaş
Tumblr Paylaş

Diqqət: "İctimai yerlərdə Wi-Fi funksiyasını söndürün!" - Şəxsi məlumatlarınız ələ keçə bilər

30-04-2024, 08:08

“İctimai yerlərdə Wi-Fi nöqtələri şəxsi məlumatları və parolları ələ keçirmək üçün istifadə edilə bilər”.
AvroMedia.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksandr Rusnak bildirib.
Onun sözlərinə görə, “Aeroportlarda və qatar stansiyalarında ictimai giriş nöqtələri çox təhlükəlidir. Bu yerlərdə hakerlər şəxsi məlumatlarınızı ələ keçirə bilərlər”.
O, açıqlayıb ki, ictimai şəbəkələr vasitəsilə hakerlər göndərilən məlumatları ələ keçirən kiberhücumlarla telefon və kompüterlərə giriş imkanı qazana bilərlər.
Belə bir hücumla bütün trafikə, həmçinin şəxsi məlumatlara, tətbiq parollarına, bank kartı məlumatlarına və şəxsi mesajlara çıxış əldə edilir.
“Fırıldaqçılar trafiki təhlil edə və həmçinin istifadəçiləri zərərli proqram təminatı olan phishing resurslarına və ya saytlara yönləndirə bilirlər, məsələn, bu şəkildə şəbəkə adında “Free” sözünü istifadə edərək, ictimai girişləri təqlid edə bilərlər, onlar istifadəçilərin diqqətini cəlb edir və ötürülən hər şeyi əldə edə bilirlər”, – ekspert əlavə edib.
Rusnak Wi-Fi funksiyasına avtomatik qoşulmanı söndürməyi tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, səyahət edərkən xüsusilə diqqətli olmaq lazımdır. “Əgər sizə 24/7 internet bağlantısı lazım deyilsə, optimal kombinasiya mobil məlumatları (mobil internet) və Wi-Fi-ı söndürməkdir”, – o deyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ