Albinos insanlar xüsusi DNT-yə sahibdirlər, eyni zamanda zahiri görünüşcə də fərqlənirlər: onların dərisi süd kimi ağ, saçları açıq rəngli, gözləri solğun olur. Bu onlara müəyyən çətinliklər yaradır, məsələn, onların dərisi günəşin altında qaralmır, qızarır.
Qədim zamanlardan bu cür defektlə doğulan insanlar çox böyük təhlükə ilə üz-üzə qalırdılar. Orta əsrlərdə onları tonqalda yandırır, şeytanın köməkçiləri hesab edirdilər. Müasir dövrdə isə onlara qarşı çox ayrıseçkilik olmasa da, yenə də ehtiyatla yanaşırlar. Bununla belə, bir çox Afrika ölkələrində albinoslar təhlükədədirlər. Yerli cadugərlər hesab edirlər ki, albinosların bədən hissələri cadu və ovsunların gücünü artırır. Muzdlu qatillər onların öldürülməsinə görə orta statistik afrikalının illik qazancından daha çox pul alırlar. Buna görə də, albinos uşaqlar üçün mühafizə edilən və onların təhsil ala biləcəyi xüsusi evlər inşa edilir.
Statistikaya əsasən, qaradərili xalqlarda avropalılara nisbətən 6 dəfə çox albinos doğulur. 3000 qaradəriliyə 1 albinos düşür. Bunu daha çox qohum evliliyinin çoxluğu ilə əlaqələndirirlər.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu