2 günə 2 kiloqram arıqladan pəhriz budur
Tarix: 4-04-2023, 14:46
Baxılıb: 1 385
Google+ Paylaş
Tumblr Paylaş

2 günə 2 kiloqram arıqladan pəhriz budur

4-04-2023, 14:46

Tərkibindəki qatıq və paxlalılar sayəsində sizi uzun müddət tox tutacaq bir pəhriz uyeməyi təqdim edirik. Xüsusi bir qidalanma proqramı olaraq istehlak edildikdə 2 gündə 2 kiloya qədər arıqladır.

Qısa müddətdə tez arıqlamaq istəyirsinizsə və ayran aşı pəhrizi  tətbiq edə bilərsiniz.

Ayran aşı pəhrizi nədir, pəhrizə uyğun ayran aşı şorbası necə hazırlanır?

Ayran aşı pəhrizi, adından da göründüyü kimi, ayran aşının bol istehlak edildiyi bir pəhrizdir. Ancaq bu pəhriz zamanı qidalanma proqramına yalnız ayran aşı daxil edilmir. Səhər yeməyində müxtəlif yeməklər yemək imkanı da verir. Ancaq az kalori ehtiva etdiyi üçün və məhdudlaşdırılmış qidalarla hazırlandığından uzun müddət davam etdirilməsi tövsiyə edilmir. Amma tətbiq edildikdə 2 günə 2 kilo çəki atmağa kömək edir.

Pəhriz üçün ayran aşı resepti:

Ərzaqlar:

1 kiloqram az yağlı südlə hazırlanmış qatıq

6 xörək qaşığı qaynadılmış noxud

6 xörək qaşığı qaynadılmış yaşıl mərcimək

6 xörək qaşığı qaynadılmış buğda, çatlamış buğda və ya bulqur

1 litr su

Paprika, quru nanə

Hazırlanması:

Paxlalıları suda isladıb, ayrı-ayrı qablarda qaynatmaqla başlayın.

Artıq suyunu süzdüyünüz bütün paxlalıları geniş bir qabda tökün. Üzərinə qatıq əlavə edib yaxşıca qarışdırın.

Sonra yavaş-yavaş su əlavə edin, daim qarışdırın.

Qurudulmuş nanə və çili bibəri ilə səpin və hazırdır. Qalan hissəsini soyuducuda bitənə qədər saxlaya bilərsiniz, təkrar yeməkdən öncə yaxşıca qarışdırmağı unutmayın.

Əvvəla, yadda saxlamalısınız ki, bu pəhrizi heç vaxt 2 gündən artıq tətbiq etməməli, təkrar tətbiq etmək istəsəniz belə, bədəninizə ən az 1 həftə istirahət verməlisiniz. Əks halda pəhriz faydadan çox zərər verə bilər, bədəninizdə qida çatışmazlığına səbəb ola bilər.

Pəhriz zamanı qidalanma:

Səhər yeməyi: Səhər saat 10:00-da səhər yeməyi yeməyin tövsiyə edildiyi bu pəhrizdə səhər menyunuza 1 qaynadılmış yumurta, 1 dilim az yağlı pendir, 1 orta boy pomidor, 1 orta boy xiyar və bol göyərti daxildir.

Günün digər hissəsi: Səhər yeməyindən ən azı 2 saat sonra ayran aşını yeyə bilərsiniz. Yəni, səhər saat 10:00-da səhər yeməyini yedikdən sonra günorta 12:00-da 1 kasa (2-3 qaşıq) ayran aşı yeyin. Sonra saat 14.00, 16.00, 18.00 və nəhayət 20.00-da 1 kasa ayran aşı şorbası yeməlisiniz.

Qəlyanaltılar: Hər 2 saatdan bir ayran şorbası içməkdən başqa nə edə biləcəyini düşünənlərə izah edək. Qəlyanaltı olaraq gündə 2-3 stəkan yaşıl çay da içə bilərsiniz. Sadəcə 3 stəkanı keçməməyə diqqət etməlisiniz. Bu pəhrizə əməl etdiyiniz 2 gün ərzində mütləq bol su içməlisiniz. Bunun xaricində qara çay, qəhvə kimi içkilərdən uzaq durmalı, meyvə, duz, şəkər istehlak etməməlisiniz.

Bu pəhrizə əməl edərkən hazırladığınız ayran şorbasına heç vaxt duz əlavə etməməli, səhər yeməyində əlavə duz istifadə etməməlisiniz. Duz bədəninizdə ödem tutmasına səbəb ola bilər.

Pəhrizin təsirli olması üçün 2 gün ərzində pəhriz siyahısına daxil olmayan qidaları, hətta meyvəni belə yeməməlisiniz.

Gün ərzində ən azı 2 litr su içməyə diqqət etməlisiniz. Bu sayədə həm pəhriziniz daha təsirli olacaq.

Və nəhayət, pəhrizə riayət edərkən gün ərzində ən azı 30 dəqiqə gəzməklə pəhrizinizi daha təsirli edə bilərsiniz.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ