Şuşada bu işlərin görülməsi qadağan ediləcək.
Tarix: 8-06-2026, 16:50
Baxılıb: 8 024
Google+ Paylaş
Tumblr Paylaş

Şuşada bu işlərin görülməsi qadağan ediləcək.

8-06-2026, 16:50

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq.
AvroMedia.Az
  xəbər verir ki, bununla bağlı "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.
Layihə parlamentin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" müvafiq qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.
Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.
Qeyd olunub ki, təklif olunan dəyişikliklərin qəbulu normativ hüquqi aktlar arasında uyğunluğun təmin olunmasına xidmət edəcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ