2025-ci ildə Azərbaycanda 26 ana ölümü baş verib.
AvroMedia.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Statistikaya görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 000 nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərində 12.2-dən 22.1-dək artıb. Kənd yerlərində isə bu göstərici 43.4-dən 31.7-dək azalıb.
Hesabatda, həmçinin körpə ölümləri ilə bağlı da məlumat var. Məlumata görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 1000 nəfər diri doğulana hesabı ilə körpə ölümü qızlarda 12.8-dən 13.0-dək artıb oğlanlarda 14.8-dən 14.3-dək azalıb. Bütövlükdə oğlan uşaqlarının ölümü qız uşaqlarına nisbətən daha yüksəkdir.
2025-ci ildə 1 yaşadək ölən uşaqların sayı 1312 olub. Onlardan 728-i oğlan, 584-ü isə qız olub.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu