Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai şuranın üzvləri Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
AvroMedia.Az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Səfərin məqsədi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində görülən işlərlə yerində tanışlıq olub.
Şura üzvləri səfər çərçivəsində Naxçıvan FHN-də görüşlər keçirib, nazirliyin fəaliyyəti ilə bağlı müzakirələr aparıblar. Görüşlərdə Naxçıvanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, əhalinin xəbərdar edilməsi və maarifləndirilməsi istiqamətində keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
İctimai şura üzvləri, eyni zamanda Naxçıvan FHN-in struktur bölmələrinin fəaliyyəti ilə, o cümlədən nazirliyin istifadəsində olan xüsusi təyinatlı texnika və avadanlıqarla tanış olublar.
Naxçıvan FHN Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinə baş çəkən Şura üzvləri şəxsi heyətlə görüşüb, idarəetmə, o cümlədən nizam-intizam, sanitar vəziyyət və təminat məsələləri ilə maraqlanıblar.Səfər çərçivəsində FHN yanında İctimai şuranın üzvləri Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndərin mənalı həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlar, şəxsi əşyalar, tarixi sənədlər və foto-materiallarla tanış olublar.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu