“Bizə qarşı həmişə qarayaxma kampaniyası aparan qüvvələr var. Belə çıxmasın ki, qeyri-millətləri sıxışdırmağa çalışırıq”.
AvroMedia.Az xəbər verir ki, bunu deputat Elman Məmmədov Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Adları dəyişdirilən ərazilərdə yaşayanların çoxu artıq azərbaycanlılardır. Ona görə də bu adların dəyişdirilməsi məqsədəuyğundur. Bu istiqamətdə respublikada görüləcək işlər çoxdur. Elə kənd, qəsəbə adları var ki, bilmirsən mənası nədir. Məsələn, Gödəklər kəndi, Düzqırıxlı kəndi və s. Bunlar baxılmalı məsələlərdir”, - deputat əlavə edib.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı