Mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
AvroMedia.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunub.
“İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar”, - müraciətdə vurğulanıb.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı