Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.
AvroMedia.Az Naxçıvan Təhsil Nazirliyinə istinadən xəbər verir ki, test imtahanına alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya, biologiya, fizika, ibtidai sinif, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri olmaqla, ümumilikdə 2772 nəfərin cəlb olunması nəzərdə tutulub.
2-3 may tarixlərində keçirilən prosesdə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə 1315 təhsilverən iştirak edib. İki gün ərzində 99,2 faiz iştirak qeydə alınıb. İmtahanda iştirak edən namizədlərdən 512-si 51–60 bal aralığında nəticə göstərib, 9 nəfəri isə ən yüksək nəticə — 60 bal toplayıb.
Məlumat üçün bildirək ki, sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə növbəti test imtahanları mayın 10-da fizika, ibtidai sinif, coğrafiya, mayın 11-də isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri üçün təşkil olunacaq.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı