Naxçıvan MSK-da nöqsanlar müəyyən edildi
Tarix: 22-04-2026, 13:20
Baxılıb: 7 031
Google+ Paylaş
Tumblr Paylaş

Naxçıvan MSK-da nöqsanlar müəyyən edildi

22-04-2026, 13:20

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında (MSK) dövlət vəsaitinin və əmlakının istifadəsində bir sıra nöqsanlar müəyyən edilib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, audit zamanı dövlət vəsaitlərinin istifadəsi, satınalmaların aparılması və maliyyə hesabatlarının tərtibi prosesləri təhlil olunub.

Nəticədə müəyyən edilib ki, bəzi hallarda vəsaitlərin istifadəsi hüquqi aktların tələblərinə tam uyğun həyata keçirilməyib, maliyyə intizamı və hesabatlılıq sahəsində çatışmazlıqlara yol verilib.
Hesabatda qeyd olunub ki, dövlət satınalmaları və mühasibat uçotu ilə bağlı prosedurların icrasında da uyğunsuzluqlar mövcuddur ki, bu da dövlət vəsaitlərinin idarə olunmasında riskləri artırır.
Hesablama Palatası aşkar edilmiş nöqsanların aradan qaldırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ