Son dövrlərdə şəhər yollarında elektrikli skuterlərdən istifadə sürətlə yayılıb. Bu artım isə yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni qaydaların və məsuliyyət məsələlərinin daha çox diqqət mərkəzinə çıxmasına səbəb olub.
AvroMedia.Az xəbər verir ki, skuter istifadəçiləri də bəzi hallarda cərimə ilə üzləşə bilərlər.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, son dövrlərdə xüsusilə kiçik elektrik nəqliyyat vasitələrindən, o cümlədən skuterlərdən istifadə edənlərin sayı artıb. Bu vasitələr səssiz və sürətli olduqları üçün piyadalar üçün daha böyük risk yaradır.
Nəqliyyat eksperti Yasin Mustafayev isə qeyd edib ki, bu nəqliyyat növünə marağın artması müsbət haldır, amma qayda pozuntularının çoxalması qəza ehtimalını da artırır.
Qeyd edək ki, qanunvericiliyə əsasən, kiçik elektrik nəqliyyat vasitələri ümumi istifadədə olan yollarda yalnız yolun sağ kənar zolağı ilə hərəkət etməlidir. Həmçinin, əgər velosiped yolu mövcuddursa, həmin nəqliyyat vasitələrinin onun yanındakı yolla hərəkəti qadağandır. Bu qaydaların pozulması halında isə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq sürücülər 40 manat məbləğində cərimə edilə bilərlər.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı