Hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bir çox bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur. Belə hava şəraiti yol örtüyünün sürüşkən olmasına, əyləc məsafəsinin artmasına və sürücülərin nəqliyyat vasitəsinə nəzarət imkanlarının zəifləməsinə səbəb olur ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
AvroMedia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına müraciətində qeyd olunub. BDYPİ hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, bu cür hava şəraitində həm sürücülər, həm də piyadalar tərəfindən daha diqqətli və məsuliyyətli davranılması xüsusi əhəmiyyət kəsb edir.
Sürücülərə tövsiyə olunur:
-Sürəti yol və hava şəraitinə uyğun seçsinlər, qəfil manevr və kəskin əyləcləmələrdən çəkinsinlər;
-Nəqliyyat vasitələri arasında ara məsafəni artıraraq təhlükəsiz hərəkəti təmin etsinlər;
-İşıqlandırma sistemlərinin sazlığını yoxlasınlar;
-Yağış zamanı yaranan su yığıntıları və sürüşkən sahələrdə ehtiyatlı hərəkət etsinlər;
-Piyada keçidlərinə yaxınlaşarkən sürəti əvvəlcədən azaltsınlar və piyadalara üstünlük versinlər.
Piyadalara xatırladılır:
-Yolu yalnız müəyyən edilmiş yerlərdən keçsinlər;
-Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin yaxınlaşıb-yaxınlaşmadığına əmin olsunlar;
-Yağıntılı hava şəraitində sürücülərin onları vaxtında görməsinin çətinləşdiyini nəzərə alsınlar;
-Tələsik və qəfil hərəkətlərdən çəkinərək öz təhlükəsizliklərinə xüsusi diqqət yetirsinlər.
BDYPİ bir daha diqqətə çatdırır ki, əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına əməl edilməməsi ağır nəticələrə səbəb ola bilər.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı