“Martın 26-dan etibarən yağan intensiv yağıntılar səbəbindən ölkə ərazisində mövcud sürüşmə sahələrində bir sıra dəyişikliklər baş verib”.
AvroMedia.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.
Onun sözlərinə görə, adıçəkilən nazirliyin yaratdığı Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır:“Əsasən Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində müşahidələr davam etdirilib. Araşdırmaların nəticələrinə əsasən, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə həyata keçirilməsi zəruri olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb”.
Agentlik sədri deyib ki, monitorinqlər zamanı Bakının Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb:“Badamdar sürüşmə sahəsində lokal çökmə və yayılma olub. Lakin bu proseslər intensiv xarakter daşımır, zəif aktivlik səviyyəsindədir. Fövqəladə Hallar Nazirliyi ərazidə qabaqlayıcı tədbirlər həyata keçirir.
Eyni zamanda, qəsəbənin mərkəzi yolunun sağ və sol kənarlarında bəzi lokal sahələrdə sürüşmə elementləri, çökmə və uçma halları da aşkarlanıb”.Ə.Əliyev vurğulayıb ki, bundan başqa, aidiyyəti qurumlar Sabunçu vağzalı zonasında toplanmış böyük su kütləsinin ərazidən kənarlaşdırılması üçün tədbirlər görür.
“Hazırda Operativ Monitorinq Qrupu sürüşmə sahələrində monitorinqlər davam etdirir. İlkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilir və müvafiq qurumlara çatdırılır”.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı