Sumqayıt şəhərində 14 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AvroMedia.az "Report"a istinadla xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismar Sahəsindən (QİS) bildirilib.
Qeyd edilib ki, 26.03.2026-cı il tarixində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində yerləşən, Xəzər bağları, 22-ci və 26-cı məhəllələr, "Təzə Kottec" və "Köhnə Kottec" adlanan ərazilərin qaz təchizatını təmin edən ortatəzyiqli, diametri 250 mm olan qaz kəmərində sızma aşkarlanıb.
Qeyd olunub ki, sızmanın aradan qaldırılması və qəzanın qarşısının alınması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq həmin ərazilərdə ümumilikdə 14 min abonentin qaz təchizatında martın 26-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti fasilə yaranacaq.
Bundan əlavə, təmir işləri müddətində Sumqayıt bulvarı ərazisində yaşayan abonentlərin də qaz təchizatında fasilə olacağı bildirilib.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı