Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov axtarışa verilib.
AvroMedia.az-ın məlumatına görə, bloger çirkli pulların yuyulmasına görə axtarışa verilib. Rusiya məhkəməsinin Hüseyni axtarışa verməsindən sonra bloger Bakıya köçüb və uzun müddətdir burada qalır.
Bu günlərdə isə onun Türkiyə bə Birləşmiş Ərəb Əmirliyinə səyahət etməsi diqqət çəkib. Həsənov Dubaydan görüntülər paylaşıb. Onun axtarışının aradan qaldırılıb, qaldırılmamadı sual doğurub.
Qeyd edək ki, bloger 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir. Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloqer Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib. Hüseynin apellyasiya şikayəti təmin olunmayıb.
Bildirilir ki, Əgər onun təqsiri sübut olunarsa, blogeri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı