Almaniyada yaşayan bloqer Qabil Məmmədovun qiyabi baxılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
AvroMedia.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb.
Hökmə əsasən, Qabil Məmmədova 16 il müdddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, Qabil Məmmədov ayrı-ayrı şəxslərə yalan vəd verməkdə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya onlarda fəal iştirak etmə və digər cinayətlərdə ittiham olunur.
İki ay əvvəl o, rəsmi qaydada Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Çağırışa gəlmədiyindən sonradan təyin olunmuş vəkilin iştirakı ilə Binəqədi Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı